“Real” 3 transferi açıqlayacaq
“Real” 3 oyunçunun transferini bu həftə açıqlamağı planlaşdırır.
Goal.az-ın məlumatına görə, “kral klubu” artıq Eden Hazard, Luka Yoviç və Ferlan Mendi ilə hərtərəfli anlaşıb.
İlk olaraq, “Chelsea”-nin lideri Azarın transferi açıqlanacaq. Klublar 120 milyon avroda ortaq məxrəcə gəliblər. Belçika millisinin üzvü bu yaxınlarda ispanların oyunçusu kimi təqdim oluna bilər.
“Lyon”-dan isə Mendinin keçidini həll olunmuş saymaq olar. Yalnız rəsmi sözləşməyə qol çəkmək qalıb.
“Eintracht”-ın hücumçusu Yoviçə gəldikdə, transferin “Real”-a 65-70 milyon avroya başa gəldiyi bildirilsə də, rəsmi təqdimat gerçəkləşməyib.
“Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan iyulun 8-də start götürəcək təlim-məşq toplanışına qədər bütün transferlərin edilməsini istəyir.

