“Real” 3 xalı 3 qolla qazandı
İspaniya La Liqasında 4-cu turun oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Real” doğma meydanda “Levante” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.
“Real” – “Levante” – 3:2
Qollar: Benzema, 25 (1:0), 31 (2:0), Kasemiro, 40 (3:0), Mayoral, 49 (3:1), Melero, 75 (3:2)
Bu qələbə ilə xalını 8-ə yüksəldən Zinəddin Zidanın komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Atletiko” 9 xalla (3 oyundan) 1-ci, “Atletik” 8 xalla 3-cüdür.
XƏBƏR LENTİ
2025/11/19 14:22

