“Real”da daha bir ciddi itki – PSJ ilə oyunu buraxır
Çempionlar Liqasının qrup mərhələsinin I turunda PSJ ilə qarşılaşacaq “Real” daha bir ciddi itki ilə üzləşib.
Qol.az xəbər verir ki, Marselo vacib səfər matçını buraxacaq.
Braziliyalı müdafiəçi La Liqanın IV turunda “Levante” (3:2) ilə qarşılaşmada kürəyindən zədə alıb. Buna görə də onun adı heyətə daxil edilməyib.
Xatırladaq ki, Marselo ilə yanaşı, Luka Modriç də zədə səbəbindən sentybarın 18-də Parisdə keçiriləcək görüşdə iştirak etməyəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

