“Real Hospital”da 59 yaşlı qadın əməliyyatdan sonra öldü
Bakıda özəl xəstəxanada mədəkiçiltmə əməliyyatı keçirmiş qadın pasiyent ölüb.
Minval.info Medicina.az-a istinadən xəbər verir ki, fakt “Real Hospital”da qeydə alınıb.
1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Minval.info xatırladır ki, “Real Hospital”da son aylar ərzində bu artıq bilinən 3-cü ölüm hadisəsidir.
XƏBƏR LENTİ
2025/11/19 14:22


