“Real Hospital”da xəstə əməliyyatdan sonra öldü - Araşdırma aparılır
Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.
Hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən “Real Hospital”da qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)
XƏBƏR LENTİ
2024/12/24 14:24
2024/12/24 11:36
2024/12/23 16:35
2024/12/11 14:06