“Real Madrid” argentinalı ulduzu 98 milyon sterlinqə transfer edir
Kral klubu Kristiano Ronaldonun boşluğunu argentinalı ulduz Mauro İkardi ilə doldurmağa çalışır.
“Real Madrid” klubunun prezidenti ulduz transferlər edəcəyi vədini versə də hələlik komandaya iki gənc futbolçudan başqa transfer edilməyib.
Minval.İnfo xəbər verir ki, Seria A ulduzuna görə “İnter” klubu ilə danışıqlar aparılır.
Qeyd edək ki, klubun adı İkardidən başqa, Hazard və Tibo Kurtua ilə birlikdə hallanır. Los Blankos Kurtuaya 35 milyon sterlinq ödəməyə hazırdır.
Hazardın kral klubuna keçidi isə biraz müəmmalıdır.
Tamerlan
XƏBƏR LENTİ
2025/11/19 14:22


