“Real Madrid” PSJ-nin 31 yaşlı oyunçusuna göz dikdi
İspaniyanın “Real Madrid” klubu PSJ-nin uruqvaylı hücumçusu Edison Kavani ilə maraqlanır.
31 yaşlı futbolçu da “Kral Klubu”na keçidə isti baxır.
Buna səbəb isə klubla aralarında problemlər yaranan hücumçular Neymar və Kilian Mbappenin PSJ-dən ayrılma ehtimallarıdır. UEFA-nın “Finansal Fair Play” qaydalarına görə, “Paris Sen Jermen” bu iki bahalı oyunçudan birini və ya hər ikisini satmaq məcburiyyətindədir.
Qeyd edək ki, 31 yaşlı Kavani 2013-cü ildə “Napoli”dən PSJ-yə 64 milyon avro qarşılığında keçib. Bu mövsüm PSJ forması ilə çıxdığı 12 oyunda 9 qol vurub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

