“Real Madrid” Ronaldonu onunla dəyişir – FOTO
İspaniyanın “Diaria Gol” qəzeti şok bir iddia ortaya atıb.
Minval.İnfo xəbər verir ki, xəbərdə “Real Madrid” klubunun Lukakunu almaq üçün “Mançestr Yunayted”-ə Ronaldonu təklif etdiyi bildirilib. Lukakunu komandaya gətirmək üçün Madrid klubu əlavə olaraq 44 milyon avro verməyə hazırdır.
“Mançestr Yunayted”-in də bu transferə müsbət baxdığı bildirilib.
Bundan başqa “Real Madrid” Kərim Benzemanın yerinə də oyunçu axtardığı qeyd edilib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


