“Real” Ronaldoya əvəzləyicilər tapdı
“Real” rəhbərliyi “Yuventus”un maraq dairəsində olan Kriştiano Ronaldonun alternativini axtarmağa başlayıb.Minval.info xəbər verir ki, İspaniya nəhəngi bir neçə hücumçu ilə danışıqlara başlayıb.
Klub prezidenti Florentino Peres iki hücumçu transferində maraqlıdı. Bunlardan birincisi “Çelsi”nin forvardı Eden Azardı. Belçika millisinin kapitanı da bu keçidin əleyhinə deyil. İkinci ön xətt oyunçusu adına isə iki namizəd var. Bunlar “İnter”li Mauro İkardi və “Bavariya”lı Robert Levandovskidir.
Qeyd edək ki, “Real” Kriştiano Ronaldono 130 milyon avroya satmağı planlaşdırır.(apasport.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22

