Reper Qurd: “Hüseyn Dərya öldü, indi kralı mənəm” – FOTOLAR

“Bəzilərinə “Fərid Eminov kimdir” sualını versəniz, tanımaz. Amma “Qurd” deyən kimi söhbətin kimdən getdiyini bilirlər”

“Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov musavat.com saytına müsahibə verib.

Suallarımıza cavab verən məşhur reperlə yeni yaradıcılıq işlərindən, repin hazırkı durumundan danışdıq:

– Kifayət qədər tanınmış repersiniz. Amma gec-gec iş ortaya qoyursunuz. Buna səbəb nədir?

– İldə iki mahnı təqdim edirəm. Yaradıcılıq işi təqdim edəndə partlayış edib-etməyəcəyini bilmirəm. Amma dinləyicilərim sağ olsun, bəyənirlər, dinləyirlər. Bir bəstəni ərsəyə gətirmək çətindir. Sözləri də, musiqini də özüm yazıram. Yolda, tədbirdə, evdə mahnı düşünürəm. Sonda uğurlu alındığını görüb, sevinirəm.

– “Deyin ona” adlı klipinizi təqdim etdiniz. Sizcə, reaksiyalar necə olacaq?

– Bu işdən gözləntim böyükdür. Musiqisi oynaqdır. Yay da gəlir, əsl klub ab-havalı bəstədir. Həmişə strateji addım atmışam. Bu dəfə də belə oldu. Klip çəkilişləri rahat olmasa da, maraqlı keçdi. 1 günə çəkildi. Mahnıya Doktor Nicat ekran həyatı verib. İnanıram ki, izləyicilərin ürəyincə olacaq.

– Röya ilə Samir Cavadzadənin də “Deyin ona” adlı mahnısı var. Sanki, bir az o bəstəni xatırladır…

– Röya və Samir Cavadzadə yetəri qədər sözünü demiş sənətkarlardır. Amma “Deyin ona” sözü brend deyil və onun heç bir sahibi yoxdur. Həmin sözü hər kəs istifadə edə bilər. Fikrimcə, mənə heç kim qadağa qoya bilməz.

– Sizcə, bu “Deyin ona” duet “Deyin ona” kimi məşhur olacaq?

– Röya xanımın öz dəsti-xətti var. Demək olmaz ki, bu mahnı digərini üstələyəcək, ya yox. Hər şeyi zaman göstərəcək. Hər kəsə uğurlar arzulayıram.

– Yenə uzun müddətli fasilə verəcəksiniz, yoxsa davamı olacaq?

– Davamı olacaq. Bir mahnı da var, ona da klip çəkəcəyik. Amma təqdimat edib- etməyəcəyimi bilmirəm. Böyük ehtimal “Youtube” kanalında paylaşacağam.

– 5 ildir ki, səhnədəsiniz. Amma ilk dəfə media nümayəndələrini başınıza toplayıb, təqdimat  etdiniz.

– Səmimi deyirəm, ilk addımlarımda  təqdimat etsəydim, bütün medianı başıma toplaya bilməzdim. Gözlədim ki, müəyyən güc yığım, tanınım. İndi insanlara daha maraqlıyam.

– Hazırda rep sahəsinin inkişafda olduğunu deyə bilmərik. Hüseyn Dərya vəfat edib. Anar Nağılbaz, Elşad Xose şəxsi həyatları ilə gündəmdədir. Rauf da “Maşın” şoudan sonra kənara çəkilib. Ümumiyyətlə, repin hazırkı durumu sizi qane edir?

– Hər kəsin öz həyatı var, problemlər olur. Mən bu haqda heç nə deyə bilmərəm. Repə gəldikdə isə rep var, amma yeraltı dünyada qalıb.  Bilmirəm, reperlər özləri bu işdə maraqlı deyil, yoxsa necə… Bilmirəm. bizdə repi 16 yaşa qədər uşaqlar dinləyir. Onlar da konsertə gələ bilmir deyə reperlər ayağa qalxa bilmir. Reper olaraq repin durumu məni qane etmir.

– Bu sahəni  yenidən ayağa qaldırmaq üçün nələrsə etmək fikriniz var?

– O mənlik deyil. Anar Nağılbaz hər kəsi bir yerə toplayıb, repi dirçəltmək istədi, amma alınmadı. Hüseyn Dərya ilə Elşad Xosenin müharibəsi zamanı rep inkişaf etdi, maraq artdı. Ondan sonra mən, Rauf, Ramin Nabran fərqli işlər ortaya qoyduq. Hazırda durum stabildir.

– Müsahibədən öncə danışanda dediniz ki, rəqibiniz yoxdur. Bu sözünüz həmkarlarınız tərəfindən necə qarşılanacaq?

– İfa janrıma görə rəqibim yoxdur. Heç kim 6/8-lik rep demir. Bəlkə də var, mən tanımıram. Mən tanımıramsa, deməli rəqibim deyillər.

– Rəqibinizin olmadığını düşündüyünüz üçün özünüzə “Repin kralı” adını vermisiniz?

– Mən bir dəfə də demişdim ki, özümü rep sahəsində kral görürəm. Bu fikrim birmənalı qarşılanmadı. Azərbaycan demokratik respublikadır, bura krallıq deyil. Anar Nağılbaz deyirdi ki, repin atasıdır. Ata dəyişmir, kral isə dəyişir. Hüseyn Dərya kral sayılırdı. O, rəhmətə gedəndən sonra mən gəldim. Mən gündəmdən düşəndən sonra kral başqası olacaq.

– Siz Miri Yusifin tələbəsi olmusunuz. Sizin necə tələbələriniz varmı?

– Mən Miri Yusifin tələbəsi olmuşam, “Qurd” adını mənə o verib. O mənə repin incəliklərini öyrədib. Bütün bunlar 1997-ci ildə olub. Tələbəm yoxdur, bu haqda düşünmürəm.

– “Qurd” ləqəbinin sizi məşhur edəcəyini düşünürdünüz?

– Mənə dostlarım dedi ki, “Qurd” adını dəyiş, müğənni kimi öz ad-soyadınla tanın. Razılaşmadım. Dedim ki, mən “Qurd” olaraq tanınacağam. Insanlar da məni belə sevdi. Bəzilərinə “Fərid Eminov kimdir” sualını versəniz,  tanımaz. Amma “Qurd” deyən kimi söhbətin kimdən getdiyini bilirlər.

Maqazin

Nəşr edilib: 2018/04/23 18:15

Baxış: 506


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06