Replərində anasını söyən, ləqəbini tualetdə tapan, həyat yoldaşını replə intihara məcbur edən – Eminem – FOTOLAR

Marşall Bryus Meters (“Eminem” və ya “Slim Shady” kimi tanınır) 17 oktyabr 1972-ci ildə, Sent-Cozef, Missuri ştatında anadan olub.

Eminem bir aylıq olarkən anası ilə birlikdə Detroyta (Miçiqan) köçüb. Tez-tez ailəvi problemlər yaşayan Eminem hələ 18 aylıq olarkən atası tərəfindən tərk edilir.

Anası narkotik aludəçisi olan Eminem uşaq olarkən anası tərəfindən zorakılığa məruz qalır. Eminemin sözlərinə görə, anası o, balaca olarkən yeməyinə həblər atar, tez-tez onu döyər, sözləri ilə acılayardı.

Detroytda əsasən qaradərililər arasında böyüyən Eminem replə burada tanış olur. Məktəbdə tez-tez zorakılığa məruz qalması onun indiki sərt xarakterinin formalaşmasına səbəb olub. Məktəbdə bir çoxu onu sözləri məharətlə bir birinə qoşa bilməsinə görə şair adlandırırdı.

Kiçik yaşlarında məktəb həyətlərində keçirilən rep yarışmalarında iştirak edir. O dövr rep qaradərililər arasında populyar olduğundan, ağ dərili cılız oğlanın rep oxuması bir çoxunun etirazına səbəb olur. Bundan başqa Marşall məktəbdə tez-tez dərslərdən yayınardı. Bir gün müəllimi onu dərslərə girməməsinə görə bərk döyür. Ağır yaralanan Eminem 10 gün koma vəziyyətində xəstəxanada yatmalı  olur. 2 il sinifdə qalan Eminem məktəbi bitirə bilmir.

Eminem LL Cool J-in pərəstişkarı idi. Balaca Eminem  ona böyük həvəslə bir “fan məkutubu” yazır, məşhur reper isə cavab məktubunda onu lağa qoyur. İllər sonra isə LL Cool J Rep kralı Eminemlə görüşmək istəyir.

Eminemin ikinci üzü “Slim Shady”

Kiçik səhnələrdə konsertlər verən Eminem, artıq daha böyük addımlar atmaq istəyirdi. Reper 1999-cu ildə ilk ciddi albomunu, “The Slim Shady LP”ni satışa çıxarır. Bundan sonra bir çox mahnılarında özünü Slim Shady adlandırır.

Bu adın ağlına necə gəldiyini isə belə izah edir: “O an tualetdə idim, Tanrıya and olsun ki, bu ad və adla birlikdə minlərlə qafiyə birdən birə ağlıma gəldi”

“Slim Shady” onun ikinci üzü olur. O, özünün bioqrafiyasında “Slim Shady”nin onun pis tərəfi olduğunu qeyd edir. Xüsusilə anası, arvadı və ailəsi ilə olan problemlərini “Slim Shady”nin yaratdığını deyir. Replərində tez-tez söyüşlərdən istifadə edənində “Slim Shady” olduğunu deyir. Eminem “Recovery” albomunda isə “Slim Shady”dən qurtulduğunu elan edir.

2002-ci ildə Eminemin həyatından bəhs edən “8 mile” filmi lentə alınır. Film üçün yazdığı “Lose yourself” mahnısı isə ən yaxşı mahnı nominasiyası üzrə bir çox mükafat qazanır. Film isə Oskar mükafatına layiq görülür. Eminem mükafatlandırmaya qatılmır, evində qızı ilə cizgi filmə baxır.

2005-ci ildə onun ən yaxın dostu “Proof” vəfat edir. Bu hadisənin Emineme təsiri çox böyük olur. Eminem dostuna görə 4 il yas tutur və bu illər arasında yeni mahnı bəstələmir, vaxtının böyük hissəsini tək keçirir və pis vərdişlərə yiyələnir. 2009 və 2010-cu illərdə “Recovery” albomu satış rekordları qırır. “Recover” albomunda illimunatiyə qarşı çıxır və “Not afraid” mahnısını bəstələyir.

Nifrətlə dolu evlilik

Eminem həyat yoldaşı Kim Anne Skot ilə 15 yaşında tanış olur. 1999-cu ildə Eminemlə Kim evlənir. Bu evlilikdən iki qız uşağı dünyaya gəlir. 2001-ci ildə cütlük boşanma qərarı alır. Boşanmaya səbəb isə Kimin Eminemi başqasıyla aldatması olur. Qəzəbi soyumayan Eminem “Kim” mahnısını bəstələyir. Mahnıda Eminem öz məharətlərindən istifadə edərək Kimi bir xeylaq alçaldır. Bu mahnıdan sonra Kim Skot intihara təşəbbüs edir. Ancaq bütün bunlara baxmayaraq cütlük təzədən barışır və evlənir. Bu evliliyin ömrü əvvəlkindən də qısa olur. Məhkəmə qərarı ilə uşaqlardan biri Eminemdə digəri isə Kimdə qalır.

Eminem bir çox mahnılarını  real həyatda yaşanmış hadisələrə əsaslanaraq yazıb. Bu mənada onun “Stan” mahnısı xüsusilə diqqətləri öz üzərinə çəkir. Bu mahnıda Eminemin çox böyük pərəstişkarı olan Stan adlı gəncin ölümündən bəhs edilir. Stan Eminemə məktublar yazır, amma  Eminem çox məşğul olduğundan məktubları oxumur. Qəzəblənən Stan isə həyat yoldaşını maşının baqajına kilidləyərək körpüdən maşınla dənizə tullanıb intihar edir. Eminem reportajların birində bu hekayənin həqiqətdən də baş verdiyini və bunun əsasında yazdığını deyir.

Anasını söyür sonra üzür istəyir

Eminem uşaqlıqda anasının etdiklərinə görə ona qarşı nifrət bəsləyib. 2002-ci ildə bu nifrətdən “Cleanin out my closet” mahnısı yaranır. Bu mahnıda uşaq olarkən anasının onu döyməsi, yeməyinə həb atması, evdən qovmasından bəhs edir. Mahnıda anasını dəfələrlə təhqir etməsi, onsuz da pis olan ailə münasibətlərini daha da pisləşdirir.

Bundan sonra Eminemin anası xərçəng xəstəliyinə tutulur. O, müsahibələrin birində oğlu haqqında bunları deyir:

“O, mahnılarında özünü döyülən, qovulan, acılar yaşayan biri kimi tanıdıb. Ancaq bunların hamısı uydurmadı. Onu ilk qucağıma alanda ona ziyan gəlməsinə qoymayacağıma dair özümə söz verdim. Mahnılarında məni söydükdən sonra mənə zəng edib dəfələrlə üzr istəyib və inciməməyimi söyləyib. Ancaq heç zaman insanlar önündə məndən üzür istəməyib. Tanrı bilir, ona nəsə olanda ən birinci yanına gələn həmişə mən olmuşam. İndiyə qədər etdikləri ilə məni çox incidib”.

Peşman olan Eminem 2013-cü ildə “Headlights”ı bəstələyir. Bu mahnıda isə etdiklərinə görə üzür istəyir. “Cleaning out my closet”i yazarkən ona qarşı əsəbi olmasını söyləyir.

Bütün bu qalmaqallardan yorulan Eminem səhnələrdə daha az görünməyə qərar verir. Son illərdə vaxtının çoxunu qızları ilə birlikdə keçirir.

Tamerlan Mehdi

Minval.İnfo

Maraqlı

Nəşr edilib: 2018/02/26 11:54

Baxış: 2387


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06