Ronaldo 5-ci dəfə ata olacaq – FOTO
Futbolçu Kristiano Ronaldo beşinci dəfə ata olacaq.
Minval.info axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun model sevgilisi Corcina Rodriqez məlumat verib.
Corcina yenə hamilə olduğunu açıqlayıb.
Qeyd edək ki, cütlük 2016-cı ildən görüşür. Bir il sonra cütlüyün qızı dünyaya gəlib. Bundan başqa, ötən il surroqat ana vasitəsilə ilə Ronaldonun Mateo və Eva adlı əkizi olub. Futbolçunun 8 yaşlı Ronaldo adlı daha bir oğlu var.
Ronaldo ilə Rodrigezin bu il nikah masasına oturacağı deyilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

