Ronaldu Azərbaycan millisi ilə oyunu buraxacaq

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo Azərbaycan yığması ilə Bakıda keçiriləcək oyunda iştirak etməyəcək.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə keçirilən oyunda sarı vərəqə limitini doldurub və cəzalı duruma düşüb.
Bu səbəbdən o, seçmə mərhələ çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçında iştirak etməyəcək.
Qeyd edək ki, Ronaldo sarı vərəqə aldığı oyunda dubl etməklə komandasına qələbə qazandırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

