Ronaldo baş məşqçisini geridə qoydu

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo yeni nailiyyətə imza atıb.
“Minval.info” xəbər verir ki, 36 yaşlı futbolçu buna Çempionlar Liqasının “Atalanta” ilə oyununda (2:2) dubl etməklə nail olub. Ronaldo “qırmızı şeytanlar”ın heyətindəki qollarını sayını 127-yə çatdırıb. O, 126 qol vuran hazırkı baş məşqçi Ule Qunnar Sulşeri geridə qoyub və 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, “Mançester Yunayted”in tarixinin ən məhsuldar futbolçusu 253 qol vuran Ueyn Runidir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

