Ronaldo “Mançester Yunayted”in formasını geyindi – FOTO

Xəbər verdiyimiz kimi, ötən həftə “Mançester Yunayted” ulduz futbolçu Kristiano Ronaldo ilə 3 illik müqavilə imzalamışdı.
Minval.info xəbər verir ki, portuqaliyalı futbolçu artıq qırmızı şeytanların formasını geyinərək kameralar önünə keçib.
36 yaşlı portuqaliyalı futbolçu illər sonra yenidən “Mançester Yunayted” formasını geyinməsini həyəcanla qarşıladığını bildirib. Təcrübəli futbolçunun fotoları sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Qeyd edək ki, ulduz futbolçu bir neçə gün əvvəl 28 milyon avro qarşılığında İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə transfer olmuşdu.
XƏBƏR LENTİ
2025/11/19 14:22


