Ronaldo tarixi rekorda imza atdı
Port
uqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.
“Minval.info” xəbər verir ki, onun rekordu DÇ-2022-nin İrlandiya ilə bu gün keçirilən görüşündə qeydə alınıb.
Matçın 89-cu dəqiqəsində fərqlənən 36 yaşlı hücumçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.
Portuqaliya millisində 110-cu qolunu vuran futbolçu İran yığmasının əfsanəsi Əli Daeinin dünya rekordunu qırıb. Azərbaycan əsilli Daei millidə 109 dəfə rəqib qapılarına yol tapıb.
Ronaldo görüşün 90+6-cı dəqiqəsində isə daha bir qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

