“Ronaldo üçün darıxırıq” – Modriç
“Real”ın yarımmüdafiəçisi Luka Modriç sabiq komanda yoldaşı Kristiano Ronaldo haqda danışıb.
Fanat.Az xəbər verir ki, Modriç “La Gazzetta dello Sport”a müsahibəsində portuqaliyalı futbolçu üçün darıxdıqlarını bildirib:
“Bu, bir az mənasız səslənsə də, yenə təkrarlayacam: Ronaldo tarixin ən yaxşı futbolçularından biridir. “Real”da onun qolları və xarakteri üçün darıxırıq. Kristiano həmişə qələbə qazanmaq istəyirdi. O, bizə motivasiya verirdi.
İnsan kimi ona 10-dan da artıq qiymət verərdim. Ronaldunun böyük ürəyi var. O, köməyə ehtiyacı olanlara həmişə yardım etməyə hazırdı”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

