Ronaldo və Messi qarşıdurması olacaq – Maraqlı oyun bu tarixdə baş tutacaq
Bu gün Fransanın PSJ klubu ilə “Əl Hilal” və “Əl Nəsr”in birləşmiş ulduzlar komandası arasında yoldaşlıq oyunu keçiriləcək.
Minval.info xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fəhd stadionunda keçiriləcək.
Lionel Messi və Kriştiano Ronaldo uzun müddətdən sonra bu gün üz-üzə gələcəklər. Ronaldo oyuna kapitan sarğısı ilə çıxacaq.
Ulduz futbolçular sonuncu dəfə 2020-ci il dekabrın 8-də rəqib olublar.
Qeyd edək ki, yoldaşlıq görüşü yanvarın 19-u, saat 21:00-da baş tutacaq. Matçı canlı olaraq Türkiyənin beIN SPORTS 4 kanalı yayımlayacaq.
Xatırladaq ki, baş tutacaq görüş üçün xüsusi biletə Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Qəmdi hərracda sahib olub.
Xüsusi biletə sahib olacaq azarkeş yoldaşlıq oyunundan sonra mükafatlandırma mərasimində iştirak etmək, soyunub-geyinmə otağına daxil olaraq hər iki ulduzla görüşmək imkanı əldə edəcək.

