Ronaldonun 3 qolu ilə “Yuve”dən möhtəşəm qələbə – Gecənin oyunları – Videolar
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri keçirilib.
Minval.info xəbər verir ki, İtaliyanın “Yuventus”u doğma meydanda İspaniya “Atletiko”sunu, İngiltərənin “Mançester Siti”si Almaniyanın “Şalke” klubunu qəbul edib.
“Yuventus” “Atletiko”nu Kriştiano Ronaldonun vurduğu 3 qolla məğlub edib. Bununla da portuqaliyalı futbolçu Çempionlar Liqasında 8-ci “het-trik”ə imza atıb.
İlk görüşdə “Atletiko” 2:0 hesabı ilə qalib gəlsə də, “qoca sinyora” cavab görüşündə daha çox top vurduğu üçün mərhələ adlayıb.
“Mançester Siti” isə rəqibini 7 qolla məyus edib. İlk 2 qolu Serxio Aqüero vurub. Argentinalı hücumçu ilk qoluna penalti ilə imza atıb. Fasiləyədək Leroy Sane də fərqlənib. İkinci hissədə isə Rahim Sterlinq, Bernardu Silva, Fil Foden və Qabriel Jezus da qol vuraraq, yekun nəticəni müəyyənləşdirib.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart
24:00. “Yuventus” (İtaliya) – “Atletiko” (Madrid, İspaniya) – 3:0
Qol: Kriştiano Ronaldo, 27; 49; 86 (pen.)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Turin. “Juventus Stadium”
İlk oyun – 0:2
4-cü dəqiqədə “Yuventus”dan Corco Kyellini qol vursa da, referi Kriştianu Ronaldunun topu “Atletiko”nun qapıçısı Yan Oblakın əlindən çıxardığını əsas gətirərək, topu hesaba almayıb.
24:00. “Mançester Siti” (İngiltərə) – “Şalke” (Almaniya) – 7:0
Qollar: Serxio Aqüero, 35 (pen.); 38. Leroy Sane, 43. Rahim Sterlinq, 57. Bernardu Silva, 71. Fil Foden, 78. Qabriel Jezus, 84
Baş hakim: Klemen Turpin (Fransa)
Mançester. “City of Manchester Stadium”
İlk oyun – 3:2
Qeyd edək ki, daha öncə Portuqaliyanın “Portu”, Hollandiyanın “Ayaks”, İngiltərənin “Tottenhem” və “Mançester Yunayted” komandaları 1/4 finala vəsiqə qazanıb. 1/8 final mərhələsinin cavab oyunlarına martın 13-də keçiriləcək “Barselona” (İspaniya) – “Lion” (Fransa) və “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə) matçları ilə yekun vurulacaq.

