“Ronaldonun DÇ-də etdiyi tam qanunsuzdu”
Portuqaliya yığmasının lideri Kriştianu Ronaldonun DÇ-nin qrup mərhələsində keçirilən İspaniya ilə qarşılaşmada sərgilədiyi oyun hər kəsi heyrətləndirib.
Minval.info komanda.az-a istinadən xəbər verir ki, Ronaldonun sabiq komanda yoldaşı, “Mançester Yunayted”in keçmiş oyunçusu Rio Ferdinand da Ronaldonun oyununa biganə qalmayıb. O, portuqal futbolçu barədə “Tvitter”də belə yazıb:
“Mən nəfəs ala bilmirəm. Ronaldonun dünya çempionatında etdikləri tam qanunsuzdu”.
İspaniya – Portuqaliya oyunu 3:3 hesabı ilə başa çatıb. Portuqalların hər 3 qolunu Kriştianu Ronaldo vurub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

