Röya Ayxan ilə Nuri Sərinləndiricidən yeni duet – Video
Xalq artisti Röya Ayxan yeni duet layihəsini təqdim edib.
Minval.info xəbər verir ki, sənətçi ilk dəfə Nuri Sərinləndirici ilə bir araya gələrək “Bir gün” mahnısını səsləndirib.
Sözügedən bəstənin müəllifləri Orxan Mürvətli və Fərid Kərimlidir.
“Bir gün” ötən gün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
Qeyd edək ki, Röya sonuncu dəfə ötən ilin yanvarında Raufla duet oxumuş, “Olarmı” adlı mahnı uğur qazanmışdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22

