Röya Ayxan: “İlk dəfə qapalı paltar geyindim, əynimdə cırdılar”
Əməkdar artist Röya Ayxanın İTV-nin bayram çəkilişi zamanı başına iş gəlib.
Minval.info xəbər verir ki, ifaçının uzun, ağ-qara libası cırılıb.
O, libasının cırılan hissəsini videoya çəkərək yayımlayıb və həmkarı Xəyyam Nisanova səslənib:
“Səni burada oturub gözləyirəm. Mən xoşbəxt deyiləm. Həyatımda birinci dəfə bağlı paltar geyinmişəm, onu da əynimdə cırdılar. Mənimki elə açıqdır”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

