Röya distant təhsili və suyun bahalaşmasını tənqid etdi
Xalq artisti Röya Ayxan “10-da görüşək” verilişinin qonağı olub.
Minval.info xəbər verir ki, sənətçi pandemiyada toylara, kütləvi tədbirlərə qoyulan qadağadan danışıb:
“Ümumiyyətlə, işləməyi unutmuşam. Sabah konsert, toy olsa, nə geyinəcəyimi bilmirəm. İndi müğənnidən deputatlıq, deputatdan da müğənni kimi səmimilik gözləyirlər. Daha sonra bir sözün ucundan tutub gedirlər. Onsuz da müğənni öz yerindədir, çalıb oxuyacaq. Məmur da öz işini arxada görür. Ən çox əziyyət çəkən xalq oldu. Xanımlar onsuz evdə idilər. Arada uşaqla həyətə düşürdülər. Ona da icazə vermədilər. Ancaq itlə bayıra çıxmağa icazə verdilər”.
Röya su pulunun artmasına da münasibət bildirib:
“Hamını da təbrik edirəm. Suyun da qiymətini qaldırdılar. Arada çay filan içərik ancaq. Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım”.
Sənətçi distant təhsil probleminə də toxunub:
“Bu il təhsil ümumiyyətlə sıfır oldu. Oğlum hələ də distant təhsil alır. Uşaqlar oxumadı. Müəllim öyrətsə də, altda telefonla oyun oynayır. Bir ili elə-belə yaşadıq. Elə bil ki, oğlum yenidən altıncı sinifi oxuyacaq. Ödənişlər də yerində, heç bir güzəşt olmadı”.
Sənətçi Xalq artisti Aygün Kazımova ilə barışmasından da danışıb:
“Mən həmişə deyirəm ki, yolumun qarşısına daş qoyan olmayıb. Səhvsiz insan yoxdur. Səhv insan üçün yaranıb. Ya yaxşısan, ya pissən. Sonradan pis insan olmur. Aygün Kazımova yaxşı qonşudur. Biz birlik bacaran xalqıq. Bir şey olan kimi qapısını döysəm, köməlik göstərər. Mən də həmçinin”.


