Röya konserti ilə bağlı dəyişiklik etdi
Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində keçiriləcək konsertinin proqramında dəyişiklik edib.
Minval.info xəbər verir ki, Röya sosial media hesabında bu barədə video-müraciət yayımlayıb. Sənətçi qeyd edib ki, mart ayında verəcəyi konsertinin günlərinin sayını artırıb.
O əlavə edib ki, 6 mart tarixində konsertə giriş xanımlar üçün pulsuz olacaq.
Qeyd edək ki, Röya 7,8,9 mart tarixlərində səhnəyə çıxacaqdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22

