Roza Zərgərli göz yaşı tökdü: “Oğlumun ölüsünü mənə göstərmədilər”
Müğənni Roza Zərgərli doğularkən ölən oğlu ilə bağlı etiraf edib.
Minval.info axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Bizimləsən” verilişində bildirib ki, hər zaman övladının ölmədiyini düşünür:
“Bənövşəm əkiz doğulub, o biri uşaq oğlan idi. 20 il qabaq doğulub… Çətin əməliyyat oldu, doğulanda gördüm. Sağ idi…
Sonra reanimasiyaya düşdüm, əməliyyat olundum, 3 gün sonra ayıldım. Onda dedilər ki, uşaq öldü. Mənə ölüsünü göstərmədilər. Hər zaman düşünürəm ki, övladım hardasa yaşayır. Kaş çıxıb gələrdi ki, yaşayır”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

