Ruhani ABŞ-a gedir
İran Prezidenti Həsən Ruhani ABŞ-a səfərə gedəcək.
Minval.info-nun məlumatına görə, İran XİN-in sözçüsü Bəhram Qasimi bildirib ki, H.Ruhani Nyu-Yorkda keçiriləcək BMT-nin BAŞ Assambleyasının 73-cü sessiyasında iştirak edəcək.
B.Qasiminin sözlərinə görə, H.Ruhaninin sessiya zamanı çıxış edəcəyi də gözlənilir.
Qeyd edək ki, BMT Baş Assambleyasının 73-cü sessiyası Nyu-Yorkda 18-25 sentyabr tarixlərində keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

