Ruhani: “ABŞ uşaqlıq edir”
İran prezidenti Həsən Ruhani xarici işlər naziri Cavad Zərifin ABŞ-a giriş qadağasına münasibət bildirib.
Minval.info xəbər verir ki, prezident Təbrizdə qatıldığı bir tədbirdə mövzu ilə bağlı açıqlama verib.
Ruhani “ABŞ tərəfinin bu addımı uşaq hərəkətinə bənzəyir. Onlar həm bizimlə danışıqlara hazır olduqlarını deyir, həm də bu cür yersiz addımlar atır” deyə qeyd edib.
Qeyd edək ki, ABŞ İranın xarici işlər naziri Cavad Zərifə ticarət qadağası, ölkəyə giriş məhdudiyyəti kimi maddələrdən ibarət sanksiya paketi hazırlamışdı.
Nazim Hacıyev
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

