Ruhi və DİN-dən şiddət görən qadınlara dəstək – Fotolar

DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına qarşı şiddətə son” şüarı altında sosial aksiya keçirilib.

Musavat.com xəbər verir ki, şəhər otellərinin birində baş tutan mərasimə dövlət rəsmiləri, incəsənət xadimləri, media nümayəndələrinin iştirak edib. Aksiya qadın zorakılığı ilə bağlı video-çarxın yayımlanması ilə başlayıb.

Daha sonra tədbirin təşəbbüskarı Ruhi Əliyeva çıxış edərək qadına qarşı zorakılıqdan danışıb:”Qadına təcavüz, qadına şiddətdən danışmaq mənim üçün çətindir. Qadın zərifdir, anadır. Bütün insanları analar dünyaya gətirir. Biz analara əl qaldırılmasına göz yuma bilmərik. Dünyada hər 3 qadından biri fiziki şiddət görür. 5 -15 yaş arasında 2 milyona yaxın qız uşağı zorlanır. Çində 1 milyona yaxın qız uşağı ana bətnində qətlə yetirilir. Amerikada hər il 4 milyon qadın şikəst olur. Dünyada hər 6 dəqiqədə bir qadın təcavüzə məruz qalır. Hindistanda hər gün 5 qadın cehiz bəlası səbəbindən ölür. Bu ağır statistikadır. Çində olan hadisə məni çox yaraladı. Qadına ancaq kişi şiddət göstərmir. Qadın da qadına şiddət göstərir. Qayınana gəlinini evdən qovur, baldız onu döyür. Qadınlar susmamalıdır. Biz onların yanındayıq. Gəlin, bir olaq, birlik olaq. Qadına qarşı çiddətin qarşısını alaqş Uşaqlarımız bizim gələcəyimizidir. Onları doğru ruhda böyütməliyik ki, gələcəyimiz daha sağlam olsun”.

Əliyevanın çıxışından sonra söz Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Ramil Kazımova verilib. O, bildirib ki, dünyada qadın zorakılığının qarşısını almaq üçün addımlar atılır:
“Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür, ölkəmiz beynəlxalq qurumlarla əməkdaşlıq edir. Qadına qarşı zorakılıqla hamı mübarizə aparmalı və şiddətə məruz qalanlara dəstək olmalıdır. Erkən və məcburi nikahlar yolverilməzdir. Bunların qarşısının alınması istiqamətində ölkəmizdə maarifləndirici tədbirlər həyata keçirilir. Sosial aksiya gənclərin bu istiqamətdə məlumatlanmasına öz töhfəsini verəcək”.

Milli Məclisin deputatı Adil Əliyev də çıxışı zamanı bildirib ki, qadın zorakılığına qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə aparılan sosial islahatlar bu istiqamətdə müsbət nəticələr verir.

Sonra jurnalistlər arasında keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb, rəsm və videomüsabiqənin qalibləri açıqlanıb.

Tədbirdə xalq artistləri Gülyaz, Gülyanaq Məmmədova, Nəzakət Teymurova çıxış edib.

Qeyd edək ki, sosial aksiyanın məqsədi şiddətə məruz qalmış qadınlara dəstək qöstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, xüsusilə qadına şiddət göstərənləri, eləcə də gələcək nəsli maarifləndirməkdir.

Ölkə

Nəşr edilib: 2018/12/01 17:14

Baxış: 596


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06