“Rusiya ilə danışıqlara hazırıq” – Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski Donbassdakı vəziyyətlə bağlı Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə NATO baş katibi Yons Stoltenberqlə Brüsseldəki görüşündə deyib.
O əlavə edib ki, rəsmi Kiyev Minsk sazişini yerinə yetirməyə də hazırdır. Bununla belə, Ukrayna özünü siyasi, iqtisadi, hərbi sahələrdə gücləndirməlidir.
“Özümüzü müdafiə etmək gücündə olmalıyıq”, – deyə Zelenski bildirib.

XƏBƏR LENTİ
2025/11/19 14:22


