Rusiya ilə Türkiyə birgə hərbi təlimlər keçirib

Rusiyanın Qara dəniz Hərbi Donanmasının gəmiləri Türkiyə Hərbi-Dəniz Qüvvələri ilə birgə hərbi təlimdə iştirak edib.
Azvision.az -ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hər iki ölkədən təlimlərdə müvafiq olaraq iki gəmi iştirak edib.
Ekipaj üzvləri Qara dəniz hövzəsində qarşılıqlı əlaqələri, həmçinin, mümkün mina təhlükəsi zamanı gəmiləri bu zonadan uzaqlaşdırmasını məşq ediblər.
Türkiyə gəmiləri 6-8 mart tarixlərində keçirilən “Mavi Vatan 2019” təlimləri çərçivəsində Novotosiysk limanında olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

