Rusiya ordusu insanların sıx olduğu mərkəzi bazarı vurub- Ölənlər və yaralılar var - FOTO
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka qəsəbəsini raket atəşinə məruz qoyub. Nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb
“Minval.info” “Unian”a istinadən xəbər verir ki, Donetsk vilayətinin rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, Rusiya ordusu qəsəbənin mərkəzində olan və həmin an insanların sıx olduğu mərkəzi bazarı vurub:
“Hücum nəticəsində azı yeddi nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bu cür atəşlərin heç bir hərbi məntiqi yoxdur – yalnız mümkün qədər çox insanımızı öldürmək və başqalarını qorxutmaq məqsədi güdülür”.
Pavel Kirilenko sakinlərə müraciət edərək onları təhlükəsiz yerə təxliyə olunmağa çağırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22





