Rusiya “Taliban”ın dəvətini qəbul etdi

Rusiya “Taliban” hərəkatının formalaşdırdığı Əfqanıstanın yeni hökumətinin inauqurasiyasında təmsil olunacaq.
Minval.info xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
O bildirib ki, Rusiya Əfqanıstanın yeni hökumətinin andiçmə mərasimində səfirlər səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı yeni hökumətinin andiçmə mərasimini sentyabrın 11-də keçirəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

