Rusiya Ukraynada toplam 100-dən çox “Bayraktar” vurduğunu iddia edir
Rusiya Kosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Demin bildirib ki, hava hücumundan müdafiə sistemləri (ADS) Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 100-dən çox “Bayraktar” pilotsuz uçan aparatı məhv edib.
Musavat.com-un “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, o, qeyd edib ki, Amerikanın “Global Hawk” (RQ-4) və “Reaper” (MQ-9) pilotsuz təyyarələri və Türkiyənin “Bayraktar”ı ilə mübarizədə praktiki olaraq heç bir prinsipial fərq yoxdur.
Deminin sözlərinə görə, Rusiya hərbçiləri xüsusi əməliyyatın bütün dövrü ərzində 100-dən çox “Bayraktar” pilotsuz təyyarəsini vurmağa nail olub.
Mart ayında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev demişdi ki, Türkiyənin “Bayraktar” pilotsuz təyyarəsi “elə də fantastik deyil”.
Musavat.com

