Rusiya Ukraynadan 75 milyard dollar tələb edir
London məhkəməsi “Yanukoviç işini” təxirə saldı
London məhkəməsi “Yanukoviç işinin” apelyasiyasını təxirə salıb. Bu haqda məlumatı Ukraynanın Maliyyə nazirliyi bildirib.
Məlumatda qeyd olunur ki, apelyasiya məhkəməsinin təxirə düşməsində əsaslı arqumentlər yer alıb. Ukrayna nümayəndəliyi bildirir ki, 5 gün ərzində davam edən məhkəmə prosesindən sonra, Kiyevin hüquq məsləhət komandası bu işə yüksək və tanınmış hakimlərin cəlb olunmasını bildirib.
Nazirlik onu da qeyd edib ki, Ukrayna London məhkəməsinin ədalətinə inanır. Qeyd edək ki, Rusiya Ukraynanın 3 milyard dollar daha sonra isə faizlə 75 milyard dollara çevrilən borclarını ödəmədiyinə görə apelyasiyaya şikayət edib.
Məhkəmə prosesinə münasibət bildirən Ukraynanın maliyyə naziri Aleksandr Danilyük qeyd edib ki, rəsmi Kiyev Rusiyaya 3 milyard dollar borcu qaytarmaqda hüquqi əsas görmür.
Zeynəb
Minval.İnfo

