Rusiya və Azərbaycanda qadağan edilən “Stalinin ölümü” filmi – TAM FİLM

Rusiyada son bir ayda Böyük Britaniyanın istehsalı olan “Stalinin ölümü” kinokomediyasına qoyulan qadağa müzakirə mövzusuna çevrilib.
Aralarında millət vəkillərinin də olduğu yüksək rütbəlilərin filmi izləməsindən sonra film qadağan edilib. Rusiya Dümasının mədəniyyət komitəsinin üzvü Yelena Drapeko “həyatımda bu qədər bərbad bir şey görməmişdim”- deyərək, filmi tənqid edib.
Filmin qadağan edilməsi ilə bağlı Rusiya Mədəniyyət Nazirliyinə açıq məktub göndərən 21 nəfər arasında 1943-cü ildə Stalingrad döyüşündə Sovet ordusuna rəhbərlik edən Jukovun qızı da var. Onlar bu filmi ölkə tarixinə təhqir kimi qiymətləndiriblər. Film Belarus, Ermənistan və Qazaxıstanda qadağan olunmasa da, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi filmin yayımını məqsədəuyğun hesab etməyib.
Mədəniyyət və Turizm Nazirliyinun Kinematoqrafiya şöbəsi “Cinemaplus” kinoteatrlar şəbəkəsinin direktoru Cəfər Axundzadəyə icazənin verilməmə səbəbi kimi filmdə Böyük Vətən Müharibəsinin iştirakçıları, marşal Jukovun ələ salınmasını göstərib: “Hər nə olsa da bu, bizim tariximizdir. Çünki 300 min azərbaycanlı həlak olub. Film onların ruhuna və ailələrinə təhqirdir. Bax, bunun üçün icazə verilmədi”.
Cəfər Axundzadə bildirib ki, əslində film absurd komediyadır: “Nədənsə, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi bunu çox ciddiyə aldı. Digər tərəfdən Jukov və Stalin barədə tənqidi filmlər çəkilib, bunlar məlumdur. Düzdür, bütün dünyada yayım vəsiqəsini müvafiq nazirlik verir və bu, olmalıdır”
Filmdə Stalinin ölümündən sonra İmperiya daxilindəki şərait satirik üslubda təsvir edilib. Tənqidçi Kerin Ceyms bildirir ki, Armando İanuççinin bu filmi xüsusi bir liderə deyil, bütün tiranlara aid xüsusiyyətləri göstərir.
Filmi izləyərək özünüz Sovet tarixinə təhqir olub-olmadığına qərar verə bilərsiniz:
Dəniz
Minval.İnfo

