Rusiya vurulan təyyarəsinin qisasını alır: 30 terrorçu məhv edildi
Rusiya İdlibin “Su-25” təyyarəsinin vurulduğu İdlib rayonuna yüksək dəqiqliyi olan silahla zərbələr endirib.
Minval.İnfo Trend-ə istinadən bildirir ki, zərbələr nəticəsində 30 “Nusra Cəbhəsi” terrorçusu məhv edilib.
Qeyd edək ki, bu gün Suriyanın İdlib əyalətində Rusiyanın “Su-25” təyyarəsi vurulub. Təyyarənin pilotu katapult edib və sonra terrorçularla toqquşmada həlak olub. Hazırda Rusiya və Türkiyə tərəfləri rusiyalı pilotun cəsədinin qaytarılması üzrə tədbirlər görürlər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

