Rusiyada azərbaycanlıların olduğu mikroavtobus dərəyə yuvarlandı: Yaralılar var
Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda içərisində Azərbaycan vətəndaşlarının olduğu “Mercedes-Benz Sprinter” markalı mikroavtobus dərəyə yuvarlanıb.
TASS agentliyi xəbər verir ki, hadisə zamanı avtobusda olan 12 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Məlumatlara görə, avtobus Moskvadan Rostov-na-Don istiqamətində hərəkət edirmiş.
Qəzaya mikroavtobusun ön təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb göstərilib. Avtobusda olan şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır. (Oxu.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22


