Rusiyada baş nazir seçildi

Rusiya Federasiyası Dövlət Dumasının növbəti iclası keçirilib.
Minval.İnfo AzVision.az-a istinadən xəbər verir ki, iclasda Dmitri Medvedevin hökumət başçısı vəzifəsinə təyin olunması məsələsinə baxılıb. İclasda, həmçinin Rusiyanın yeni prezidenti Vladimir Putin də iştirak edib.
Dmitri Medvedev deputatların suallarını cavablandırdıqdan sonra səsvermə keçirilib. Medvedevin lehinə 374 deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Bununla da baş nazir vəzifəsinə Medvedevin namizədliyi təsdiqlənib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

