Rusiyada gərkinlik artır: Putin 49 diplomatı ölkədən qovdu – Siyahı

HANOVER, GERMANY – APRIL 08: Russian President Vladimir Putin and German Chancellor Angela Merkel (not pictured) speak to the media after touring the Hannover Messe 2013 industrial trade fair on April 8, 2013 in Hanover, Germany. Merkel and Putin toured the fair, which is the world’s largest industry trade fair and has partnered this year with Russia. (Photo by Sean Gallup/Getty Images)
23 ölkənin Rusiya diplomatlarını deportasiya etmə qərarından sonra hərəkətə keçən rəsmi Kreml 49 diplomatı ölkədən qovub.
Minval.info saytı Avropa.info-ya istinadən xəbər verir ki, Rusiya ilə İngiltərə arasında yaşanan gərginliyin ardından 23 ölkə Rusiya diplomatlarını deportasiya etmək qərarı verdi.
Tarix kitablarında “Skripal hadisəsi” kimi qalacaq gərginliyin ardından Rusiyadan da cəzalandırıcı cavab gəlib.
Kreml 19 ölkədən 49 diplomat və 1 hərbi ateşenin deportasiya ediləcəyini açıqlayıb.
Həmin ölkələrin adları:
İtaliya: 2 diplomat
Finlandiya: 1 diplomat
Polşa: 4 diplomat
Litva: 3 diplomat
Hollandiya: 2 diplomat
Latviya: 1 diplomat
İsveç: 1 diplomat
Estoniya: 1 hərbi attaşe
Çex Respublikası : 3 diplomat
Almaniya: 4 diplomat
Ukrayna: 13 diplomat
Moldova: 3 diplomat
Rumıniya: 1 diplomat
Norveç: 1 diplomat
İspaniya: 2 diplomat
Xorvatiya: 1 diplomat
Danimarka: 2 diplomat
İrlandiya: 1 diplomat
Kanada: 4 diplomat

