Rusiyada gündəlik yoluxma sayı 20 mini ötüb

Rusiyada son sutkada daha 20 174 nəfər COVID-19-a yoluxub.
Bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 274 928 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 793 nəfər artaraq 198 218-ə yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 6 498 682 nəfər sağalıb.
Rusiya koronavirusa yoluxan dövlətlərin sırasında ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra 6-cə yerdədir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

