Rusiyada hərbi bazada partlayış – Ölən və yaralananlar var (VİDEO)
Rusiyanın Krasnoyarsk əyalətinin Açinsk şəhərində döyüş sursatı anbarında partlayış baş verib.
Minval.İnfo Lenta.ru-ya istinadən xəbər verir ki, nəticədə 1 nəfər hərbçi ölüb, 1-i uşaq olmaqla 4 nəfər yaralanıb. Hazırda şəhərin 11 min əhalisinin təxliyyəsinə başlanılıb.
Bu səbəbdən Açinskin küçələrində güclü tıxac yaranıb.
Hərbi bazada yanğın davam edir.
Partlayış zamanı yaxınlıqda dincələn sakinlərin çəkdikləri görüntüləri təqdim edirik:
Paşa Sadıqlı
Minval.İnfo

XƏBƏR LENTİ
2025/11/19 14:22

