Rusiyada məhbuslar həbsxana əməkdaşlarına hücum edib, ölən və yaralananlar var
Rusiyanın Kalmıkiya regionunda məhbuslar həbsxana əməkdaşlarına hücum edib.
Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, əldəqayırma silahla gerçəkləşdirilən hücumda həbsxananın 1 əməkdaşı ölüb, 7 nəfər yaralanıb.
Məlumata görə, hücumu 2 məhkum həyata keçirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

