Rusiyada pandemiya qurbanlarının sayı 5 mini ötüb
Rusiyada son bir gündə daha 8863 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 423741 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 182 nəfər artaraq 5037-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 186985 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2286 nəfər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

