Rusiyada suda batan azərbaycanlı gəncin cəsədi tapılıb – Video
Tanımadığı qıza kömək etməyə cəhd edərkən boğulan 22 yaşlı azərbaycanlı Nazir Maksimovun cəsədi sudan çıxarılıb.
Bu barədə mərhumun dostu Tağıyev Araz Alim oğlu məlumat verib.
O bildirib ki, hadisə ötən istirahət günü Neva çayının Sankt-Peterburq sahilində baş verib: “Nazir tanımadığı qızın kömək harayına yetişib, onun suya düşən çantasını sudan çıxarmaq istəyərkən batıb. Sonra hadisə yerinə gələn xilasedicilər onun cəsədini sahildən 25 metr məsafədə 2,5 metr dərinlikdən çıxarıblar”. (bizimyol)
XƏBƏR LENTİ
2025/11/19 14:22

