Rusiyada tibbi müəssisənin əməkdaşları koronavirusa yoluxdu
Rusiya Tibbi-bioloji Federal Agentliyinin Krasnoyarskdakı müəssisəsinin 5 texniki xidmət əməkdaşı koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bunu müəssisənin mətbuat katibi Oksana Manuşkina “RİA Novosti” bildirib.
Onun sözlərinə görə, həmin əməkdaşlar xəstəxanaya yerləşdiriliblər və müalicə olunurlar: “Onlarla təmasda olanlar isə təcrid rejimində və nəzaət altındadırlar”.
Mətbuat katibi bildirib ki,müəssisədə koronavirusun yayılmaması üçün bütün vacib tədbirlər görülür.
Qeyd edək ki, Rusiyada 18 328 COVID-19 daşıyıcı qeydə alınıb. 148 nəfər isə bu infeksiyadan ölüb. Kranoyarskda isə 110 nəfər koronavirusa yoluxub, ölən isə yoxdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

