Rusiyada yaşayış binasında partlayış – Xəsarət alanlar var

Rusiyanın Moskva vilayətində yaşayış binasında qaz partlayış baş verib.
Minval.info-nun məlumatına görə, Noginsk şəhərində qeydə alınan hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Onlardan 5 nəfərinin xəstəxanaya yerləşdiriildiyi bildirilib. Partlayış nəticəsində yaşayış binasını bir hissəsi dağılıb. Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

