Rusiyadakı istifadəçilər “Netflix”i məhkəməyə veriblər
Rusiyada yaşayan istifadəçilər Moskvanın Xamovniçeskiy məhkəməsinə kollektiv şəkildə müraciət edərək, “Netflix” yayım xidmətinə qarşı 60 milyon rublluq (700 min ABŞ dollarından çox) iddia irəli sürüblər.
Bu barədə Qazet.az TASS-a istinadən xəbər verir.
İddiaya “Netflix” şirkətinin Rusiya ərazisində xidmət göstərməkdən birtərəfli qaydada imtina etməklə rusiyalı istifadəçilərin hüquqlarını pozması səbəb olub.
XƏBƏR LENTİ
2025/06/05 12:50
2025/04/15 12:08
2025/04/03 22:21