Rusiyanın azərbaycanlı milyarderləri – Bir ilə 2 milyard qazanan kimdir? – ADLAR
Minval.info xəbər verir ki, “Forbes” jurnalı 2018-ci il üçün Rusiyanın 200 milyarderinin siyahısını dərc edib. Siyahıda Azərbaycan əsilli milyarderlər də yer alıb.
Bunlaran biri iş adamı Vahid Ələkbərovdur. “Lukoil” neft şirkətinin rəhbərinin 16,4 milyard dolları var və siyahının 4-cü pilləsini tutur. Ötən il isə o, 14,5 milyardla 6-cı yerdə idi.
Qubada – Qırmızı qəsəbədə doğulmuş dağ yəhudiləri biznes şərikləri olan Zaxar İliyev və Qod Nisanov 3,3 milyard dollarla 36-cı və 37-ci yerləri paylaşıblar.
“Crocus Group”un rəhbəri, Emin Ağalarovun atası Araz Ağalarov 1,8 milyard dollarlıq sərvəti ilə 54-cü yeri tutur. Ağalarov sərvətini 1.7 milyarddan 1.8 milyarada qədər artırsa da siyahıda 3 pillə geriləyib. O, ötən il 51-ci yerdə olub.
Digər bir azərbaycanlı, Göyçayda dünyaya gəlmiş Fərhad Əhmədovun 1,4 milyadr dollar sərvəti var və 69-cu pillədə qərarlaşıb. Fərhad Əhmədov bu il 2 pillə geriləyib.
Minval.İnfo



