Rusiyanın danışdığı qəzanın şok təfərrüatı – Azərbacanlı sürücünün silah və “Şarik” sevgisi… (FOTOLAR, VİDEO)

Fevralın 23-də Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib. “BMW X6” səkiyə çıxaraq piyadaları vurub, nəticədə, iki nəfər ölüb və dörd nəfər yaralanıb.

“Minval.info” fontanka.ru saytına istinadən 30 yaşlı azərbaycanlı Murad Qasımovun törətdiyi dəhşətli qəzanın geniş təfərrüatını əldə edib. Məlum olub ki, Azərbaycanda doğulan, 2010-cu ildən Sank-Peterburqda yaşayan M.Qasımov Rusiya vətəndaşıdır.

Muradın atası adi iş adamıdır, özü isə internetdə, daha dəqiq desək «ВКонтакте» sosial şəbəkəsində dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Məlum olub ki, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Hər dəfə də o, fərqli və bahalı avtomobillərdə olub. Hadisəyə qədər isə son qayda pozuntusunda, daha dəqiq desək noyabrın 14-ü sürücülük vəsiqəsi əlindən alınıb.

Ağır qəza nəticəsində həlak olanlardan biri 40 yaşlı ABŞ vətəndaşı Todd Kroyeldir. 2015-ci ildən Neva sahilindəki şəhərdə yaşayırmış. Onun Facebook səhifəsindən məlum olub ki, Rusiyanın bir çox vilayətlərdə olub, bu ölkəyə xüsusi sevgisi varmış. O, Sankt-Petrburqda frilanser(azad işçi) kimi pul qazanırmış. İkinci qurban Yevgeniya Korneyenkodur. Onun da 38 yaşı var.  “Daha üç nəfər hazırda Маrinskiy xəstəxanasındadır, onlardan birinin vəziyyəti çox ağırdır, ən yaxşı halda ömürlük əlil ola bilər”, – deyə sayt yazır.

Murad sosial şəbəkədə bahalı avtomobillərinin fotolarını paylaşmağı sevib. Onun silaha olan marağı da gözdən qaçmır. Özünə aid olduğunu iddia etdiyi tapancanı hər zaman avtomobilində gəzdirən Qasımov, onun fotolarını da paylaşmağı unutmayıb.

Muradın sosial şəbəkə hesabı hadisədən sonra söyüş ünvanına çevrilib. Rusiyalı istifadəçilər onun paylaşımlarının, fotolarının altına təhqir dolu şərhlər yazırlar. Hadisəni törədənin azərbaycanlı olması onları daha da qəzəbləndirib. “Hər kəs öv vətənində yaşasın, gəlib burada davranışlarını bilmirlər, dava salır, adam öldürür, kriminala qarışırlar” tipli şərhlər də çoxluq təşkil edir.

İlgili resim

Rusiya saytları iddia edir ki, qəza zamanı Murad Qasımov özündə olmayıb. O, narkotik maddə kimi təsir edən və hazırda Rusiyada da çox populyar olan “şarik”dən istifadə edib. Rezin şarların içini azon qazı ilə doldururlar. Bu qazı “iyləmək” indi Rusiya gəncləri arasında çox geniş yayılıb. Bu qaz Rusiyada qanunla qadağan edilməyib və bu səbəbdən də son vaxtlar “şarik”lə bağlı hadisələr artıb. Bu “şarik”dən istifadə edənlər çox hallarda hərəkətlərinə nəzarət edə bilmirlər. Bu barədə sosial şəbəkələrdə həddən artıq videolar yayılıb.

İlgili resim

Bəzi “şarik” istifadəçiləri özlərini idarə edə bilməyib, gülünc doğuran hərəkətlər edir, dalaşır, hətta küçənin ortasında soyunurlar. M.Qasımovun da bu “şarik”dən istifadə etdiyi iddia edilir.

Qeyd edək ki, M.Qasımovun  ya bu gün, ya da sabah məhkəmə qarşısına çıxarılacaq və həbs ediləcəyi şübhə doğurmur. Rusiya telekanalları azərbaycanlının törətdiyi qəzanı dərhal günün hadisələri sırasına daxil ediblər.

Hadisə

Nəşr edilib: 2019/02/25 12:34

Baxış: 2746


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06