Rusiyanın nüfuzlu nəşri Azərbaycanı örnək göstərdi – “Ölkələr artıq onun təcrübəsini qəbul edir…”
Bu gündən Azərbaycanda koronovirusla bağlı karantin rejimi yumşaldıldı. Dünya üzrə davam edən pandemiya fonunda bu, şübhəsiz, ilk növbədə epidemiyanın ölkəmizdə uğurla lokallaşdırılması və tam nəzarətə alınması sayəsində mümkün olub. Təbii ki, dövlət səviyyəsində virusla mübarizə tədbirləri qalır və davam etdiriləcək. Yoluxma dinamikasında azalma müşahidə olunsa da, hər gün daha çox xəstə öz sağlamlığına qovuşsa da, arxayınlaşmaq üçün hələ tam əsas yoxdur. Ən azı ona görə ki, Azərbaycanla qonşu ölkələrdə epidemiyanın səviyyəsi qat-qat yüksəkdir.
Bununla belə, regionda karantin rejimini yumşaldan ilk dövlətin məhz Azərbaycan olduğu diqqət çəkməyə bilməz. Bu da öncəliklə ölkə rəhbərliyinin vaxtında gördüyü effektli tədbirlər, situasiyaya uyğun olaraq atdığı operativ addımlarla sıx bağlıdır. Təsadüfi deyil ki, Azərbaycanda COVİD-19-la uğurla mübarizə vaxtaşırı xarici mediada da təqdim və təbliğ edilib, örnək kimi göstərilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkəmizdə görülən işləri yüksək qiymətləndirərək, başqa ölkələrə nümunə göstərib.
Bu dəfə isə Rusiyanın nüfuzlu Pravda.ru nəşri geniş şəkildə Azərbaycan nümunəsi barədə yazıb. Musavat.com aprelin 27-də dərc olunmuş həmin məqaləni təqdim edir.
“Koronavirusun yeni COVİD-19 tipi şəksiz ki, bütün dünya üçün təhdid olaraq, hətta dünənə qədər ilk baxışda iqtisadiyyatı sarsılmaz olan dövlətlərə ağrılı zərbələr vurdu. Bu sınaq hər yerdə cəmiyyət həyatının bütün sferaları üçün ən böyük sınaq oldu. İlk növbədə də səhiyyə sistemləri bacarıqsız və qeyri-effektli olan ölkələri vurdu. Bütün sahələr və sferalar domino effekti kimi “çökdü”.

Görünən həm də budur ki, hər bir dövlətin pandemiya dönəmində öz yanaşması və mübarizə üsulları var. Şübhə yox ki, hər bir ölkədə də hakimiyyət öz vətəndaşlarına böhran dövründə öz qabiliyyəti və iş bacarığını nümayiş etdirməyə çalışır. Görülən işlərin effektliliyi və xalqın etimadı – uğurlu gələcəyin təməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, postsovet məkanında koronovirusla bağlı situasiya fərqlidir və Avropa və ABŞ-dakı durumla müqayisədə durum dəfələrlə nikbin görünür. Bu xüsusda özünün stabil və güclü iqtisadiyyatı ilə regionun aparıcı dövləti olan Azərbaycanın nümunəsi maraqlıdır.
Qeyd edək ki, hələ pandemiyaya qədər Azərbaycanda həyat fəaliyyətinin, demək olar, bütün sferalarını əhatə edən islahatlar anons edilmiş və qısa zamanda reallaşmışdı.
* Neft sektoru ölkənin iqtisadi inkişafının əsas prioritetlərindən biridir. Bu da iqtisadiyyatda böyük sabitlik yaratmağa və əhalinin məşğulluğu ilə bağlı məsələləri müsbət həll eləməyə imkan verir.
* Prezident İlham Əliyevin təşəbbüsü ilə “kölgə iqtisadiyyatı” ilə mübarizədə ciddi tədbirlər görülüb. Bu tədbirlər dövlət orqanlarının fəaliyyətində şəffaflığı və informasiya texnologiyalarının tətbiqini təmin edib. Həmçinin əhaliyə xidmət üzrə Mərkəzi Elektron İnformasiya Sistemi yaradılıb. Dövlət başçısının göstərişinə əsasən, Mərkəzin təkmilləşdirilməsi bu gün də davam edir.

Bütün bu islahatlar ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəlib. Bu hazırlıqlar xeyli dərəcədə uğurlu mübarizənin və inamlı nəticələrin rəhni oldu – hansılar ki, respublika koronovirusla mübarizədə nümayiş etdirir. Bu gün Azərbaycan müstəsna olaraq, öz resursları hesabına pandemiya ilı effektli mübarizə planı həyata keçirən, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verən bir dövlətdir.
Ondan başlayaq ki, bundan ötrü prezidentin sərəncamı ilə Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Kütləvi yoluxmanın qarşısını almaq üçün ölkədə, demək olar, dərhal əhalinin yerdəyişməsi nəzarətə götürülüb. Məktəblərdə tədris dayandırılıb, bütün kütləvi tədbirlər ləğv edilib və ya başqa vaxta keçirilib, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti qadağan olunub. Xüsusi karantin rejimi tətbiq olunub: bu zaman əhaliyə təyin olunmuş konkret vaxt ərzində və konkret hallarda SMS vasitəsilə çölə çıxmağa icazə verilir. Bakı metropoliteninin işi dayandırılıb, yerüstü ictimai nəqliyyatın hərəkəti isə məhdudlaşdırılıb.
Ölkə prezidentinin tapşırığı ilə və birbaşa nəzarəti altında iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərmək üçün həyata keçirilən geniş miqyaslı tədbirləri də qeyd eləmək lazım gəlir. O sırada iş yerlərinin saxlanılmasını, pandemiyadan ziyan görmüş fərdi sahibkarlara maliyyə dəstəyinin verilməsini, vergi güzəştləri hesabına sahibkarların vergi yükünün azaldılmasını, güzəşt və vergi tətillərini, kreditləşmənin stimullaşdırılmasını və ən əsası, əhaliyə birbaşa sosial dəstəyi qeyd eləmək olar.
Bundan əlavə, hazırda dünyada pandemiyadan müdafiə vasitələri çatışmadığı halda, Azərbaycan öz əhalisini müstəqil şəkildə bu vasitələrlə təmin eləmək gücündədir. Prezident İlham Əliyev və 1-ci Vitse-prezident Mehriban Əliyeva Sumqayıt Kimya Sənayesi Parkında Bakı Toxuculuq Fabriki MMC-nn nəzdində tibbi maskalar istehsal edən müəssisənin açılışında iştirak ediblər. Müəssisənin istehsal həcmi gündə 250 min maska təşkil edir. Habelə respublikada kifayət qədər həcmdə tibbi spirt, digər dezinfeksiya məhsulları və vasitələri istehsal olunur. Beləcə, pandemiya şəraitində həmin məhsulların xaricdən idxalından asılılıq minimuma endirilib. Ölkədə həmçinin virusun müntəzəm diaqnostikası üçün Heydər Əliyev Fondunun dəstəyi ilə və 1-ci Vitse-prezident Mehriban Əliyevanın idarəçiliyi altında 18 müasir laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyaların hamısı müasir avadanlıqlar və zəruri ləvazimatlarla təmin olunub.

Bundan savayı, İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Yeni klinika”nın açılışını ediblər. Koronavirusa yoluxanlarla üçün nəzərdə tutulan klinika 575 çarpayılıqdır və zəruri müasir avadanlıqlarla təchiz edilib. Xüsusi karantin rejimi dövründə və Heydər Əliyev Fondunun həyata keçirdiyi “Biz birlikdə gücüyük” sosial aksiyalar çərçivəsində 100 mindən çox aztəminatlı ailəyə ərzaq dəsti paylanılıb. Aksiya iştirakçılarının sayı hər gün artır. Təşəbbüsə həm dövlət, həm də özəl şirkətlər qoşulub.
Sadalananlar qısa müddətdə Azərbaycanda həyata keçirilənlərin yalnız kiçik bir hissəsidir. Ona görə də inamla demək olar ki, Azərbaycan öz lideri İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qalib gəlməkdədir. Bu gün respublikada yoluxanların dinamikası sağalanlarla müqayisədə aşağıdır. Artıq elan edilib ki, mayın 4-dən ölkə xüsusi karantin rejimindən mərhələli şəkildə çıxacaq.
Əlbəttə ki, pandemiya Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Buna baxmayaraq, ölkə rəhbərliyi öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini təmin eləmək üçün vaxtında tədbirlər görür. Üstəlik, həyata keçirilən bütün tədbirlərin strategiyası pandemiyanın milli iqtisadiyyata neqativ təsirlərini azaltmağa, o sırada pandemiyadan sonra iqtisadi inkişafı təmin etməyə yönəlib.

İlham Əliyevin uğurları ÜST və onun baş direktoru Tedros Adhan Qebreyesus tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan bu xüsusda nümunəvi ölkə kimi göstərilib.
Aprelin 10-da prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın sədrlik elədiyi türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının video-konfrans formatında fövqəladə sammiti keçirilib. Mayın 4-də isə yenə məhz İlham Əliyevin təşəbbüsü ilə ölkənin sədrlik elədiyi Qoşulmamaq Hərəkatının video-konfrans şəklində, “Biz COVİD-19-qa qarşı bir yerdəyik” Təmas Qrupu formatımda sammiti keçiriləcək.
Azərbaycan şübhəsiz ki, pandemiyanın iqtisadi fəaliyyət subyektlərinə neqativ təsirlərinin aradan qaldırılmasına yönəlik tədbirlərin reallaşması işində nümunəyə çevrilib. Bir çox ölkələr artıq onun təcrübəsini qəbul edir – hansı təcrübənin qayəsində ki, Azərbaycan rəhbərliyinin açıqlığı, iqtisadiyyatın şəffaflığı, cəmiyyətin prezident ətrafında sıx birləşməsi və konsolidasiyası, biznes camiyəsi ilə hakimiyyətin ümumi hədəflərin dərki məsələsində yaxınlığı dayanır. Və burada “Biz birlikdə güclüyük!” şüarı təhlükə qarşısında hakimiyyətlə ölkənin bütün vətəndaşlarının birliyini bariz nümayiş etdir və anladır ki, yalnız birgə səylərlə çətinlikləri aşmaq olar”.
Yazının rusca orijinalını bu linkdə oxuya bilərsiz: https://www.pravda.ru/world/1492187-coronavirus_azerbaijan/

